Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan hərbi qulluqçusu Babək Əsgər oğlu Əliyevə şəhid statusu verilib.
Sitat.info Report-a istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, B.Əliyev şəhid statusu alıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu B.Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində əlak olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.