Ermənitanda 44 günlük müharibədə həlak olan əsgərlərin yaxınları Baş Prokurorluğun binası yaxınlığında aksiya keçirib.
Sitat.info erməni mətbuatına istinadən xəbər verir ki, ölən əsgər valideynləri baş nazir Nikol Paşinyanın dərhal həbsini tələb ediblər. “Biz bu gün də eyni tələblə toplaşmışıq. Artur Davtyanın baş prokuror kimi səlahiyyət müddəti tezliklə başa çatacaq və biz ona son şans vermək istəyirik - öz şərəfini və ailəsinin şərəfini xilas etmək və satqın damğasından xilas olmaq üçün Paşinyanın həbsi barədə qərar verməli və bununla da dövlətimizin məhv edilməsi prosesini nəhayət dayandırmalıdır”.
Aksiyada “Ermənistan” fraksiyasının üzvü Aram Vardevanyan, həmin fraksiyadan keçmiş deputat Artur Kazinyan, “Mənim namusum var” fraksiyasının deputatı Tiqran Abramyan, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri iştirak edib.
Sitat.info