Ermənistanın Fövqəladə Hallar Nazirliyinə İrəvan metrosunun “Sasunçi David” stansiyasında vaqonlara bomba qoyulması barədə məlumat daxil olub.
“Qafqazinfo” “Armenia Today”ə istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər, istehkamçılar və təcili yardım briqadası cəlb olunub.
Hazırda bütün sərnişinlər təxliyə olunub və stansiyada axtarış əməliyyatı həyata keçirilir.
Xatırladaq ki, bu, cari ay ərzində İrəvan metrosuna bomba qoyulması barədə artıq dördüncü belə xəbərdir.