Yunanıstan son günlər Türkiyə döyüş təyyarələrinə qarşı təzyiqlərin dozasını artırıb. Nəhayət, avqustun 23-də Şərqi Aralıq dənizi və Egey dənizində missiyalar yerinə yetirən Türkiyə döyüş təyyarələri Yunanıstana məxsus Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemi akkumulyatorları ilə radardan kilidlənib.
SİTAT.İNFO xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 23-də Yunanıstan Türkiyənin F-16-larını beynəlxalq hava məkanında sıxışdırıb və bu, müttəfiqlik ruhuna uyğun gəlmir.
Missiya uçuşlarını həyata keçirən türk döyüş təyyarələri, Krit adasında yerləşdirilmiş Yunanıstanın Rusiya istehsalı olan S-300 Hava Hücumundan Müdafiə Sistemi tərəfindən sıxışdırılıb. S-300 sisteminin hədəf izləmə və raket yönləndirmə radarı Rodosun qərbində 10 min fut (3048 metr) yüksəklikdə kəşfiyyat missiyasında olan F-16-ya yer-hava raketini kilidləyib. Təcavüz bir müddət davam edib. Bu təqiblərə baxmayaraq, Türkiyə döyüş təyyarələri planladıqları vəzifələri yerinə yetirib. Təyyarələr missiyadan sonra sağ-salamat öz bazalarına qayıdıblar.
Türkiyə Yunanıstanın təqiblərinə qarşı yeni addım atıb. Təhlükəsizlik mənbələri Yunanıstan rəsmilərinin bunu təkzib etməsindən sonra Milli Müdafiə Nazirliyinin hərəkətə keçdiyini bildirib.
Müttəfiqlik ruhuna uyğun gəlmədiyi vurğulanan təqiblərə dair radar görüntülərinin alındığını bildirən mənbələr, başda NATO Baş Katibliyi olmaqla ittifaqa üzv ölkələrin müdafiə nazirliklərinə göndərilməsi planlaşdırılır.
Milli Müdafiə Naziri Hulusi Akar da sözügedən təcavüzlə bağlı açıqlama verib: "Daim gərginliyi artırmağa çalışan qonşumuzun nələr etdiyini görmək, anlamaq və izah etmək lazımdır. Bu cür açıq-aşkar müdaxilə və ya ehtiyatsızlıq qəbuledilməzdir".
Nərgiz,
SİTAT.İNFO