Avropa İttifaqı (Aİ) ölkələri Rusiya vətəndaşları üçün viza qadağası ilə bağlı müzakirələrdə fikir ayrılığı yaşayıblar. Bir tərəfdən yayın əvvəlindən ruslara qarşı viza qadağasını qismən tətbiq edən ölkələr, digər tərəfdən isə Rusiya vətəndaşlarının cəzalandırılmasının düzgün olmadığını iddia edənlər... Görüşün ikinci günü Josep Borrell Çexiyanın paytaxtı Praqada toplantıda iştirak edənləri uzlaşmağa çağırdı.
Qeyri-rəsmi görüşün ikinci günündə əsas gündəm bəndləri Rusiyaya viza embarqosu və Ukraynaya hərbi dəstəkdir.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell AB daxilində ruslara viza qadağası ilə bağlı üzv dövlətlər arasında fikir ayrılığına diqqət çəkib və konsensusun yaradılmasının vacibliyini vurğulayıb. Borrell məsələ ilə bağlı açıqlamasında "Razılığa və siyasi qərara gəlməli olacağıq" deyib və əlavə edib ki, Rusiya dövləti ilə Rusiya xalqı arasında seçim edə və bu mövzuda parçalana bilməzlər. .
Bu addım rusların AB ölkələrinə səyahət etmək üçün viza müraciətində daha çox gözləmələrinə və viza rüsumlarının artırılmasına səbəb ola bilər. Bəzi Şərqi Avropa ölkələri ilə razılıq əldə olunmasa, Qərbdə viza qadağasını özləri tətbiq edəcəklər.
Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ruslar üçün viza qadağasının zəruri olduğunu bildirib: ""Vaxt çox önəmlidir. Vaxt itkisi ukraynalıların qanı ilə ödənilir".
Almaniyanın xarici işlər naziri Annalena Baerbok viza qadağası ilə bağlı fikir ayrılığına və millətçi introversiyaya qarşı xəbərdarlıq edib.
Estoniya, Finlandiya, Litva, Latviya və Polşa birgə bəyanat yayaraq, Avropa Komissiyasına Rusiya vətəndaşlarının Avropa İttifaqına və Şengen zonasına axınını qəti şəkildə azaltmaq üçün tədbirlər tövsiyə etməyi xahiş ediblər.
Kiyev isə Rusiya işğalına qarşı belə bir addımın zəruri olduğunu müdafiə edir. Fransa, Almaniya və Yunanıstan kimi ölkələr AB daxilində rus turistlərə viza qadağasına qarşı çıxanlar arasındadırlar.
Nərgiz,
SİTAT.İNFO