Türkiyədə ard-arda iki zəlzələ: İnsanlar küçələrə axışdılar - FOTO

16:14 31 Avqust 2022

Türkiyədə ard-arda iki zəlzələ insanlarda qorxu yaradıb.

Aydının Kuşadası sahillərində Rixter cədvəli ilə 4,7 və 5,1 bal gücündə iki zəlzələ baş verib.

10 kilometr dərinlikdə baş verən, Aydınla yanaşı, Didim və İzmirdə də hiss edilən zəlzələlər panikaya səbəb olub.

Zəlzələni evlərində və ya iş yerlərində hiss edənlər təşviş içində çölə qaçıblar.

 



Xəbər xətti