İrəvana gedərkən saxlanılan erməni general sərbəst buraxıldı

17:11 31 Avqust 2022

Dünən Qarabağdan İrəvana gedərkən saxlanılan erməni general Mikael Arzumanyan sərbəst buraxılıb.

SİTAT.İNFO “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Arzumanyanın vəkili Erem Sarkisyan açıqlayıb.

Bununla belə, bu gün 19:00-da M.Arzumanyanla bağlı məhkəmə iclası keçiriləcək və Qarabağdakı qondarma rejimin sabiq “komandan”ının həbs edilməsi məsələsi müzakirə ediləcək. 

Xatırladaq ki, avqustun 30-u Mikael Arzumanyan barəsində 44 günlük müharibə zamanı vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı irəli sürülərək saxlanılıb. (Qafqazinfo)



Xəbər xətti