Beş il əvvəl bu gündə Ermənistanı Xankəndi ilə birləşdirən ikinci magistral Basarkeçər-Ağdərə (Vardenis-Martakert) yolunun rəsmi açılışı idi. Bəs bu gün əlimizdə nə var?
Sitat.info xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
“Bu gün Ermənistanın əsas müzakirələrinə baxın: Azərbaycanlılar Ermənistanı “artsax”la birləşdirən yeni marşrut yolunu necə qurublar? Biz “artsax”a necə gedəcəyik? Yol vasitəsilə, yoxsa dəhliz? Azərbaycanlılar bizim gedəcək yolumuzda keçid məntəqəsi quracaqlar?” - o bildirib.