Bu yollarda tıxac yarandı

09:49 2 Sentyabr 2022

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Sitat.info-ya Mərkəzdən bildirilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

Heydər Əliyev prospekti - Kənar yol, mərkəz istiqamətində;

Ziya Bünyadov prospekti - Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində

Bakı-Sumqayıt şosesi - “20 Yanvar” metrostansiyası istiqamətində

Binəqədi şosesi - “Azadlıq prospekti” metrostansiyası istiqamətində.

 

 



Xəbər xətti