Borclu məcburi köçkünlərin aqibəti necə olacaq? — "Azəriqaz"ın baş direktoru AÇIQLADI

17:31 2 Sentyabr 2022

“Əvvəllər məcburi köçkünlərə xüsusi limitlər verilirdi. Lakin son iki ildə bununla bağlı konkret dəyişiliklər olub”.

Demokrat.az
-ın verdiyi xəbərə görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bəzi məcburi köçkünlər həmin limitdən artıq işlədiblər:

“Bilirsiniz ki, limitə qədər olan borc dövlət tərəfindən ödənilirdi. Limiti keçdikdən sonra sərf etdiyini abonentin özü ödəməli idi. Bəziləri ödəniş etmədiyinə görə borclar yığılırdı. Qeyd edim ki, abonentlərimizin 60-65 faizi artıq sərf etdiyi qazın həcmini  ödəyirdi. Lakin bugünədək 30-35 faiz abonentlərimiz  var ki, hələ də ödəniş etməyib. Təbii ki, həmin borcların silinməsi mümkün deyil. Biz onu abonentlərdən tələb edəcəyik”.



Xəbər xətti