Pekin-2022: Xokkey üzrə Finlandiya millisi ilk dəfə olimpiya çempionu olub

11:10 20 Fevral 2022

Pekin-2022 Qış Olimpiya Oyunlarında xokkey yarışına yekun vurulub.

"SITAT.INFO"un məlumatına görə, final oyununda Rusiya və Finlandiya milli komandaları üz-üzə gəliblər. Pekində baş tutan qarşılaşma Skandinaviya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Finlandiyalıların heyətində qolları 24-cü dəqiqədə Ville Pokka və 41-ci dəqiqədə Hannes Byörninen vurublar. Rusiya yığmasının yeganə qoluna isə 8-ci dəqiqədə Mixail Qriqorenko imza atıb.

Qeyd edək ki, Finlandiya yığması tarixində ilk dəfə olimpiya çempionu olub. Rusiya seçməsi isə sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyanın Pxençxanq şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında qızıl medallara sahib çıxıb./report



Xəbər xətti