ABŞ Geoloji Xidməti (USGS) Çinin Sıçuan əyalətində 6,8 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzi bu gün yerli vaxtla saat 12:52-də ölkənin cənub-qərbindəki Qarze Tibet Muxtar Vilayətinin Ludinq rayonunda baş verən zəlzələnin maqnitudasının 6,8 bal olduğunu bildirib.
Çin Zəlzələ Şəbəkələri Mərkəzi ilk təsbitlərə görə zəlzələ nəticəsində 7 nəfərin həyatını itirdiyini bildirərək, zəlzələnin 16 kilometr dərinlikdə meydana gəldiyini və əyalətin bir çox şəhərində təkanların hiss edildiyini açıqlayıb.