Binəqədi rayon, Novxanı qəsəbəsi, Sarıqaya adlanan ərazidə yaşayan sakinlərin SİTAT.İNFO-ya şikayəti daxil olub.
Sakinlər bildirirlər ki, evlərinin bir addımlığı zibilliyə çevrilib: "Ərazidə zibil yeşikləri olmadığından məişət tullantıları əraziyə atılır. Ərazidə gəmirici həşaratlar çoxalıb. Üfunət iyindən evlərdə nəfəs almaq olmur, dözülməz vəziyyət yaranıb. Zibillik yanğınsöndürmə xidmətinin yaxınlığında yerləşir. Məişət tullantıları artıq gediş-gəliş yolunu bağlayıb, yol daralıb. Ola bilməz ki, bu ərazi üçün zibil qutuları nəzərdə tutlmasın. Yəqin ki, aidiyyatı qurumun nümayəndəsi zibil qutularının alınmasına ayrılan pulunu mənimsəyib".
Məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara bildirilsə də, heç bir nəticəsi olmayıb. Sakinlər acınacaqlı durumu işıqlandırmaq və problemin aidiyyatı qurumlar tərəfindən həlli üçün video çəkərək, sitat.info-ya göndəriblər. Həmin videonu təqdim edirik. Sitat.info