Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Sitat.info-ya Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
- Heydər Əliyev prospekti - Kənar yol, mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti - Əsas yol, mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti - Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
- Binəqədi şosesi - “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
- Tiflis prospekti - “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
“20 Yanvar” dairəsində.