“Hər il müəllimlərin alacaqları əlavələrinin ümumi dəyəri yarım milyard manatdan çox olacaq”.
“Sitat.info” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, sertifikasiya müdaxilələri vaxtında və düzgün etməyə imkan verəcək: “Müəllimlərin sertifikasiyasının məqsədi onların bilik və bacarıqlarını müəyyən etməkdir. Heç də bütün müəllimlərin bilik və bacarıqları lazımi səviyyədə deyil. Qeydiyyatdan keçən müəllimlərin 98 faizi sertifikasiyada iştirak edib. İştirakçıların 78 faizi sertifikasiyanın ilk mərhələsində uğur qazanıb. 10 944 müəllimin 8547 nəfəri ilk mərhələni uğurla keçib. 2367 müəllimin özünü təkmilləşdirməyə ehtiyacı var”.
Nazir bildirib ki, 1530 müəllim bir il ərzində təkmilləşdirmə kursları, onlara göstəriləcək dəstəklə gələn il nəticə qazanacaqlar.