"Nyukasl"ın futbolçusu Kris Vud "Nyukasl"la 1:1 hesablı heç-heçə etdikləri İngiltərə Premyer Liqasının XXVI tur oyununda rəqib komandanın müdafiəçisi Kurt Zumanı ələ salıb.
SITAT.INFO xəbər verir ki, yeni zelandiyalı hücumçu 28 yaşlı müdafiəçinin yanından keçərkən pişik səsi çıxarıb. 31 yaşlı forvard bir müddət öncə pişiyə qarşı qəddarlıq etmiş fransalı arxa xətt oyunçusunu bu yolla cəzalandırmaq istəyib.
Zumanın komanda yoldaşı Kreyq Douson baş hakimin diqqətini bu hadisəyə cəlb etməyə çalışsa da, onda heç nə alınmayıb.
Qeyd edək ki, Kurt Zuma pişiyi təpiklədiyi üçün sərt tənqid olunub. Təcrübəli futbolçu bu səbəbdən həm cərimələnib, həm də Fransa millisindən kənarlaşdırılıb./report