Nazir dərs yükünün diaqnostika balına uyğun bölünməsinə münasibət bildirib

14:38 7 Sentyabr 2022

Bəzi məktəblərdə dərs yükünün diaqnostika balına əsasən bölüşdürülməsinin qanuna uyğun olub-olmadığına aydınlıq gətirilib.

Sitat.info xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlama verib.

O bildirib ki, müəllimlərin dərs yükünün paylanmasının vahid qaydası yoxdur: "Bəzi müəllimlər bu və ya digər səbəbdən öz dərs saatlarını çox götürmək istəməyə bilərlər. Bu normal prosesdir. O ki qaldı iki müəllimin eyni saatı istəməsinə, bu saatı onlar arasında bölmək bir çox hallarda problem yaradır. Təbii ki, hər şey eynidirsə, bizim söykənəcəyimiz yeganə ədalətli meyar məhz diaqnostika balıdır. Gələcəkdə sertifikasiya balı əsas götürüləcək. Mən burada ədalətsiz heç bir şey görmürəm. Lakin bu meyar qanunidir deyəndə, ən azından qeyri-qanuni də deyil. Burada kiminsə hüququ pozulmur. Məsələn, 10 saat dərs yükü varsa, hansı müəllimin balı çoxdursa, dərs yükünü ona vermək həm pedaqoji, həm də ədalətlilik baxımından doğrudur. Bununla bağlı başqa bir təklif varsa, biz həmin təkliflərə açığıq”.

 

/Apa



Xəbər xətti