Azərbaycanda maliyyə hesabatı barədə pozuntunu növbəti ildə təkrarlayan siyasi partiyaya 3 il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.
Axar.az xəbər verir ki, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.
Layihədə qeyd edilib ki, maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilməyəcək. Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 3 il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.