Ukrayna vətəndaşlarını Zaporojye Atom Elektrik Stansiyasının (AES) yaxınlığında yerləşən yaşayış məntəqələrini tərk etməyə çağırıb.
Musavat.com xəbər verir ki, bu haqda Ukraynanın reinteqrasiya naziri İrina Vereşuk teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya hər hansı humanitar dəhlizlərə məhəl qoymur, ona görə də vətəndaşlardan xahiş olunur ki, bu əraziləri özbaşına tərk etməyin yolunu tapsınlar.