Astaranın bir hissəsi susuz qaldı

10:53 8 Sentyabr 2022

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq. 

“Sitat.info” xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, hazırda “Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

 

 

 



Xəbər xətti