Əvəz Zeynallı: Eynulla Fətullayev mənə 100 min manat təklif etdi - VİDEO

16:14 8 Sentyabr 2022

Xural TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı həmkarı Eynulla Fətullayevin onun barəsindəki 20 min manat rüşvət alması iddiaları ilə bağlı açıqlama yayıb.

Sitat.info xəbər verir ki, Ə.Zeynallı Xural TV-nin efirində canlı yayım edərək, iddiaları təkzib edib.

“Bir nəfər çıxıb deyə bilməz ki, 1 manat belə rüşvət almışam. Eynulla vaxtilə özü mənə 100 min manat rüşvət təklifi edib. Mən onun 100 min təklifindən imtina etmişəm.

Səs yazısında "ianə edim" deyərkən pulu yox, əlimdə olan sənədləri nəzərdə tutmuşam. Səsi vəkil Elçin Sadıqova göndərmişəm. O mənə öz ailəm qədər yaxın olduğu üçün səsdə izahlı sözlərdən istifadə etməyi lazım bilməmişən. Gərək Şərin Eynullası olduğunu nəzərə alaraq, orda söhbətin puldan getmədiyini xüsusilə vurğulayardım.

Eynulla Fətullayev məndən üzr istəməlidir!" - deyə o əlavə edib.

Qeyd edək ki, E.Fətullayev jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul aldığını, ancaq yenə də onun əleyhinə təbliğat apardığını bildirmişdi.

 



Xəbər xətti