Meşə yanğınları ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi

11:23 9 Sentyabr 2022

Azərbaycan Baş Prokurorluğu meşə yanğınları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Qurumun Mətbuta Xidmətindən Sitat.info-ya daxil olan xəbərdarlıqda deyilir:

“Meşə yanğınlarını dayandıraq! Meşə ərazisinə atılan plastik və şüşə materialdan olan butulkalar yanğınlara səbəb ola bilər. Ehtiyatsızlıq səbəbindən baş verən yanğınlara görə şəxslər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Meşələr dünyanın ağ ciyəridir!”

 

 



Xəbər xətti