Türkiyə Yunanıstanla gərginlik yaşayarkən Ermənistandan gözlənilməz addım gəldi. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın köməyi ilə Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istədiklərini bildirib.
SİTAT.İNFO xəbər verir ki, Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginlik dünya ictimai rəyi tərəfindən də diqqətlə izlənilir.
Türkiyənin Egey regionuna təsiri və Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu Ermənistanı da hərəkətə keçirib.
“Rusiyanın köməyi ilə Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa ümid edirik”, - Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Rusiyanın Vladivostok şəhərində Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi Şərq İqtisadi Forumunda çıxış edən Paşinyan Türkiyə və Azərbaycanla danışıqlara toxunub.
Ermənistan lideri “Biz bu məsələdə Ermənistanın strateji müttəfiqi və Azərbaycanın yaxın tərəfdaşı olan Rusiyanın dəstəyinə arxalanırıq” deyib.
Nərgiz,
SİTAT.İNFO