Bu istiqamətlərdə Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib

10:50 13 Sentyabr 2022

Təəssüf ki, əldə olunan razılaşmalara baxmayaraq, Ermənistan ərazisindən təxribatlar və atəşlər davam edir. 

Bu barədə “Caliber” məlumat yayıb.

“Maraqlıdır, Paşinyan nəyə ümid edir? Adamda belə bir fikir yaranır ki, o, ya 2020-ci ildə olduğu kimi, KTMT-ni münaqişəyə cəlb etməyə, ya da bundan sonra da ondan çıxmaq üçün bu təşkilatı nüfuzdan salmağa çalışır. İstənilən halda bundan erməni xalqı əziyyət çəkəcək”, - nəşr vurğulayıb.

xxx

Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində Ermənistanın hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

Bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin dünənki növbəti təxribatından sonra Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi məhv edilib.

Nəşrin məlumatına görə, bu gün saat 9:00-dan başlayaraq Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunub.

“Ermənistanın bu razılaşmaya necə riayət edəcəyini müşahidə edəcəyik. İrəvanın keçmişdə çoxsaylı təxribatları və əldə etdiyi razılaşmaları pozması fonunda şanslar çox kövrəkdir”, - “Caliber” vurğulayıb.

 

 



Xəbər xətti