Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib.
Bu barədə Sitat.info-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, DSX-nin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər:
"Bundan sonra düşmən ağır itkilər verərək geri çəkilib".