Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsindən azad edilib.
Sitat.info Report-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Şahin Məmmədov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Məmmədhüseyn Rizvan oğlu Hüseynov vəzifənin icrası zamanı yol verdiyi nöqsanlara görə icra başçısının birinci müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, M.Hüseynov 2020-ci ilin sentyabrın 3-dən bu vəzifədə çalışırdı.