Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, Salyan rayonunun Qızılağac kənd sakini, 1996-cı il təvəllüdlü Elmi Mirzəli oğlu Səmədovun nəşi ailəsinə təhvil verilib.
Sitat.info Report-a istinadən xəbər verir ki, E.Səmədov Almalı kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin doğmaları, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər. E.Səmədov ailənin yeganə övladı olub.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.