SOS kəndində valideyn himayəsindən məhrum böyüyən şəhid Səbuhi Əhmədovun qardaşı onun haqqında danışıb.
SİTAT.İNFO xəbər verir ki, qardaşı Sənan Əhmədov deyib ki, Səbuhi şəhid olmazdan əvvəl onunla danışıb:
"O, hərbi xidmətə gedəndə hər zaman deyirdi ki, mənimlə fəxr edəcəksən. O, gizir idi, hər zaman da dediyini edərdi. Üç gün olardı ki, zəng etmişdi, dedi ki, düşmən tərəfdə atışma var. Sonra həmin günün səhəri də zəng elədi. Danışdıq”.
"Ayın 13-ü zəng elədim, amma artıq qardaşım şəhid olmuşdu. Onun 25 yaşı var idi. Qardaşımla fəxr edirəm. Amma onsuz mənə çox çətin olacaq, deyə əlavə edib”.
Sənan Əhmədov deyib ki, dua edirdi ki, xəbər yalan olsun:
"Qardaşımı gözümlə görməmiş inanmadım odur. Onu götürməyə gedənə qədər dua edirdim ki, xəbər yalan olsun. Onun arzusu var idi ki, evi olsun, ailəsi olsun. Çox sıxılırdı ki, bu məsələləri yoluna qoya bilmir, mənə deyirdi ki, qardaş, məni nə vaxt evləndirəcəksən? Qardaşımın bədəninə 14 güllə dəyib. Hərbçi yoldaşının qabağına keçərək şəhid olub”.