"Sabah" klubunun futbolçusu Xuan Kamara zədələnib.
"SİTAT.İNFO"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Murad Musayev səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XVI tur matçından sonra açıqlama verib.
Rusiyalı mütəxəssis ispaniyalı yarımmüdafiəçinin "Neftçi" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda (1:3) xəsarət aldığını bildirib: "Sabah MRT müayinəsindən keçəcək. Bundan sonra vəziyyətini biləcəyik".
Qeyd edək ki, Xuan Kamara ötən ilin iyulundan "Sabah"da çıxış edir./report