Erməni təxribatı nəticəsində sərhəd bölgədə yaralanan mülki şəxslərin son durumu açıqlanıb.
“Sitat.info” Real TV-yə istinadən xəbər verir ki, onlardan Asim Musayevin vəziyyəti orta-ağırdır. Hazırda Gəncədə 1 saylı xəstəxanada müalicə olunur. Digər yaralı Arzuman Orucov isə ilkin tibbi yardım olduqdan sonra evə buraxılıb.
Qeyd edək ki, hər iki şəxs Kəlbəcərdə heyvandarlıqla məşğul olub.