Müdafiə Nazirliyi brifinq keçirib: Cəbhədə nələr baş verib? - Video

17:56 14 Sentyabr 2022

Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilir.

Sitat.info xəbər verir ki. brifinqdə qurumun Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov danışır.

O, Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verir.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.



Xəbər xətti