Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanla həmrəylik nümayiş etdirib və Ermənistanın təxribatını pisləyib.
SİTAT.İNBFO xəbər verir ki, o, bu barədə “Twitter“ hesabında paylaşım edib.
“Hörmətli qardaş, Prezident İlham Əliyev, Ermənistanın səbəbsiz hücumu nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbərini eşidəndə çox kədərləndik. Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”, - Baş nazir qeyd edib.