Azərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zona yaradılması təklif edilir

15:38 16 Sentyabr 2022

Azərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zona yaradılması təklif edilir.

SİTAT.İNFO-nun xəbərinə görə, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov çıxış edib.

Onun sözlərinə görə, həmin ərazilərə köçürüləcək insanlar rahat yaşamalıdır: “Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və ora köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”.

Z.Əsgərov bildirib ki, Ermənistan hər zaman təxribatlara əl atır: “Paşinyan Brüsseldə başqa şey danışır, ölkəsinə gələndə isə başqa cür hərəkət edir”.



Xəbər xətti