Ordumuzun şəhid hərbi qulluqçusu II Fəxri Xiyabanda torpağa tapşırılıb - FOTO - VİDEO

16:06 17 Sentyabr 2022

Sentyabr 12-dən-13-ə keçən gecə erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan əsgər 2002-ci il təvəllüdlü Qarazadə Nicat Malik oğlunun nəşi yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gətirilib.

Apa-nın yerli bürosunun məlumatına görə, şəhidin vida mərasimi yaşadığı evdə baş tutub.

Mərasim iştirakçıları şəhidi “Qarabağ Azərbaycandır”, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirərək, son mənzilə yola salıblar.

Mərasimdə şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

O, şəhidlik zirvəsinə ucalanadək düşmənə layiqli müqavimət göstərib.

Vida mərasimindən sonra şəhidin nəşi dəfn olunmaq üçün II Fəxri xiyabana yola salınıb və burada dəfn olunub. Dəfn mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Nicat Qarazadə ailənin dördüncü şəhididir.

2002-ci il təvəllüdlü şəhid əsgər Qarazadə Nicat Malik oğlu Yardımlı rayon Zənrgənə kənd sakini olub.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin son üç gün ərzində törətdiyi təxribatlar nəticəsində 79 hərbçimizin şəhid olduğu açıqlanıb.



Xəbər xətti