Nensi Pelosi Ermənistana səfər edib

19:29 17 Sentyabr 2022

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib.

"Report" xəbər verir ki, bu barədə Pelosinin ofisi məlumat yayıb.

Nensi Pelosinin səfəri sentyabrın 19-dək davam edəcək.

Səfər zamanı Nümayəndələr Palatasının sədri Ermənistanın baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və digər yüksək rütbəli rəsmilərlə görüşəcək.



Xəbər xətti