Rusiya Azərbaycan və Ermənistan arasında nizamlanmaya faktiki töhfə vermək cəhdlərini alqışlamağa hazırdır.
SİTAT.İNFO TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərini şərh edərkən deyib.
“Sözdə deyil, əməldə olan və ucadan, populistcə deyil, reallıqda, sakit və işgüzar şəkildə həyata keçirilən hər şey münasibətlərin normallaşmasına töhfə verə bilər, sərhəddə vəziyyətin sabitləşməsinə kömək edə bilər. Bütün bunları müsbət qarşılamaq olar”, - deyə o bildirib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi qeyd edib ki, bu cür yüksək səviyyəli səfərlərin və bəyanatlar həqiqətən bu normallaşmaya kömək edib etməyəcəyini zamanla görə biləcəyik.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi sentyabrın 17-19-da Ermənistanda səfərdə olub.
Nərgiz,
SİTAT.İNFO