Məlum olduğu kimi, sentyabrın 18-i ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər. Erməni vandallar səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar.
Məlumata görə, bu zaman binanın daxilində olan səfirlik əməkdaşı azğınlaşmış erməni radikallara qarşı təkbaşına mübarizə apararaq onların hücumunun qarşısını ala bilib. Həmin anı əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.