Şəmkirdə 1 ailənin 5 üzvü yol qəzasında xəsarət alıb -  YENİLƏNİB - ADLAR

08:31 21 Sentyabr 2022

Şəmkirdə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan ailə üzvlərinin adı məlum olub.

Sitat.info xəbər verir ki, xəsarət alan sürücü Nəriman Abbasovla yanaşı digər dörd nəfərin adı aşağıdakı kimidir:

Ruqiyə Abbasova (1997) ;

Xuraman Abbasova (2000) ;

Aytac Abbasova (2002) ;

Elmira Abbasova (2014).

***

Saat 08:00

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info-nun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik maşınının sürücüsü təmir aparılan yolla hərəkət etdiyindən qarşısına qəfil maneə çıxıb.

Nəticədə sürücü avtomobili saxlaya bilməyib və yol kənarına tökülən çınqıl daş yığınına çırpılıb.

Qəza zamanı 1 ailənin 5 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

 

 

 



Xəbər xətti