Paşinyanın qoyduğu əklil və bayraq atıldı – Video

14:26 21 Sentyabr 2022

Ermənistanın Baş naziri Nikol Paşinyan və digər dövlət rəsmiləri Erablur hərbi panteonunu tərk etdikdən sonra qoyduqları əklillər həlak olan əsgərlərin valideynləri tərəfindən atılıb.

Sitat.info xəbər verir ki, bu barədə sosail şəbəkələrdə video görüntülər yayılıb.

“Həlak olan əsgərin atası Armen Qalstyan Prezident Vaaqn Xaçatryan və Baş nazir Nikol Paşinyanın Erablur panteonundan gətirdiyi əklilləri götürərək atıb. O və digər valideynlər bildiriblər ki, hakimiyyət həlak olan əsgərlərin anaları ilə kobud rəftar edirsə, deməli, onların həlak olanların xatirəsinə əklil qoymağa haqqı yoxdur”, - məlumatda deyilib.

Qeyd edək ki, əklillərlə yanaşı, rəsmilər tərəfindən qoyulan bayraqlar da atılıb.

/Axar.az

 



Xəbər xətti