Kabildə oteldə partlayış: 3 ölü, 13 yaralı...

16:20 21 Sentyabr 2022

Əfqanıstanın paytaxtı Kabildə hoteldə partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Kabil polisinin sözçüsü Xalid Zadran məlumat yayıb.

“Oteldə baş verən partlayış nəticəsində 3 soydaşımız həlak olub, daha 13 nəfər yaralanıb”, - Zadran bildirib.

Yerli media orqanları partlayışın otelin restoranında baş verdiyini yazıb.

/Axar.az



Xəbər xətti