Türkiyə “qırmızı bülleten”lə axtarılan 2 terrorçunu saxladı - Foto

12:03 23 Sentyabr 2022

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK terror təşkilatının “qırmızı bülleten”lə axtarılan iki terrorçusunu saxlayıb.

“Sitat.info” “Milliyet”ə istinadən xəbər verir ki, sözügedən şəxslər - Atilla Çiçek və Hüseyin Yıldırım Türkiyə kəşfiyyatçıları tərəfindən ölkənin sərhəd xəttində həyata keçirilən əməliyyat zamanı saxlanılıb.

Məlumata görə, həmin şəxslər 2012-ci ilin sentyabrında Tuncelidə və 2020-ci ilin avqustunda Ağrı Doğubayazıtda həyata keçirilən hücumlarda iştirak ediblər. 

 

Qeyd edək ki, Tuncelidəki insident zaman 6 əsgər və 1 mülki şəxs olmaqla 7 nəfər, Ağrı Doğubayazıtda isə 2 əsgər həlak olub.

 

 



Xəbər xətti