Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti verildi

13:29 23 Sentyabr 2022

Jurnalist Əvəz Zeynallı barəsində ev dustaqlığı vəsatətinin təmin edilməməsinə dair Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Sitat.info xəbər verir ki, bu barədə Əvəz Zeynallının vəkili Aqil Layıc məlumat verib.

"Ümid edirəm ki, apellyasiya şikayətimiz təmin ediləcək, Əvəz Zeynallı ev dustaqlığına buraxılacaq", - deyə vəkil bildirib.



Xəbər xətti