Bakı metrosunda ciddi yoxlama - sərnişinlər bir-bir yoxlanıldı

20:02 23 Sentyabr 2022

Bu gün axşam saatlarında "Sahil" metrostansiyasında ciddi yoxlama aparılıb.

Sitat.info-nun əməkdaşı xəbər verir ki, "Sahil" metrostansiyasında vətəndaşların çantaları bir-bir yoxlanaraq, metrostansiyaya buraxılıblar: "Hər gün "Sahil metrosuna düşürəm. Bu dəfə fərqli mənzərə var idi. Metrostansiyasının girişində çox sıxlıq müşahidə etdim. Vətəndaşların çantaları daha diqqətlə yoxlanılırdı. Hətta kiçik çantalar belə yoxlanılırdı. Çantası olmayanlar üçün ayrı bir giriş açmışdılar. Bir polis nəfəri giriş qapısında dayanıb, sərnişinləri hissə-hissə içəriyə buraxıdı. Bu, təqdirəlayiq addımdır. Bu cür yoxlama sərnişinlər tərəfindən də rəğbətlə qarşılandı. Unutmayaq ki, hər şey bizim bizim üçündür".

Səid İsaoğlu,

Sitat.info

 



Xəbər xətti