Ceyhun Bayramov Pakistanın XİN başçısı ilə görüşdü

09:19 24 Sentyabr 2022

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı Tvitterdə yazıb.

“BMT Baş Assambleyası çərçivəsində qardaş Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşməkdən çox şadam. Əminəm ki, ölkələrimiz arasında strateji əlaqələr və əməkdaşlıq bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir. Sarsılmaz və güclü dəstəyə görə təşəkkür edirik!”, - C.Bayramov qeyd edib.

 

 



Xəbər xətti