ABŞ-da azərbaycanlılar BMT-nin qarşısında aksiya keçirdi

09:36 24 Sentyabr 2022

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçirilib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, dinc aksiya Nyu Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutub.

Əllərində Azərbaycan və Türkiyə bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar tutan həmvətənlərimiz BMT-dən ədalət tələb edirlər.

Onlar ətrafdan keçən yerli və xarici diplomatları, yerli və beynəlxalq ictimayyətin nümayəndələrini Ermənistanın Azərbaycanın tarixi torpaqlarında apardığı işğalçılıq siyasəti haqqında məlumatlandırıblar.

Nümayişdə çıxış edən gənclər BMT-dən qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb ediblər.

Aksiya iki saat davam edib və Nyu York polisi aksiyada iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edib.

 

 



Xəbər xətti