DƏHŞƏT: Oğurladığı itə işgəncə verdi, bıçaqla çənəsini kəsdi...

13:49 24 Sentyabr 2022

Türkiyədə İlhan Tombakoğluna məxsus 1 yaşlı 'Çiko' adlı iti oğurlayan O.A.A (şərti ad) çənəsini bıçaqla kəsib.

Sitat.info xəbər verir ki, qanlar içində qalan iti boş bir çuxura atan şəxs saxlanıldıqdan sonra sərbəst buraxılıb. 

Hadisə ötən gün saat 20.30 radələrində baş verib. İlhan Tombakoğluna məxsus Çiko adlı it qəfildən yoxa çıxıb. Tombakoğlu itin hara getdiyini araşdırarkən evin təhlükəsizlik kamerası görüntülərini baxıb. Bir şübhəlinin Çikonu zorla mikroavtobusa apardığını görüb.

Polisə xəbər verən Tombakoğlu təhlükəsizlik kamerası görüntüsündən nömrəsi müəyyən edilən 06 CTL 456 nömrəli mikroavtobusu axtarmağa başlayıb. Polisin köməkliyi ilə yaxalanan şübhəli O.A.A nəzarətə götürülüb. İt isə boş sahədə qanlar içində yaralanmış vəziyyətdə tapılıb. İt müalicə üçün baytara aparılarkən, şübhəli polis bölməsində verdiyi ifadədən sonra sərbəst buraxılıb.

Çiko sahibi İlhan Tombakoğlu, "Təhlükəsizlik kamerası görüntüləri olmasaydı, Çikonu tapa bilməzdik. Bəlkə də öləcəkdi. O vəhşiliyi görəndə dözə bilmədim və ağladım. İtimə zərər verən şəxsi sərxoş olduğunu öyrəndik. Lakin yenə də şikayət etdim. Ancaq o, azadlığa buraxılıb", -deyə bildirib./Musavat



Xəbər xətti