APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri N.Nərimanov küçəsində qeydə alınıb.
Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Haqverdiyeva Aydan Aydın qızı kirayə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Aydan Haqverdiyeva ağır xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.