Zelenski Lapid və Blinkeni qabaqlayaraq dünyanın ən nüfuzlu yəhudisi seçildi

08:35 26 Sentyabr 2022

İsrailin “The Jerusalem Post” qəzeti bazar günü “Dünyanın ən nüfuzlu yəhudiləri”nin illik siyahısını dərc edib.

Müəlliflər ilk sırada Ukrayna Prezidenti Volodimir Zelenskiyə yer veriblər.

Nəşrin yazdığına görə, bu il Ukrayna prezidenti siyasətçi üçün nadir “qlobal ikona” statusunu qazanıb.

“The Jerusalem Post” qeyd edir ki, Ukrayna ətrafındakı vəziyyət fonunda Zelenski “təkcə dünyanın ən nüfuzlu yəhudisi deyil, həm də dünyanın ən güclü şəxsiyyətlərindən biridir”.

Siyahıda İsrailin baş naziri Yair Lapid ikinci, valideynləri Holokostdan sağ çıxan Fransanın baş naziri Elizabet Born isə üçüncü yerdədir.

Həmçinin, reytinqdə ABŞ dövlət katibi Antoni Blinkenin adı da var (8-ci yer).

Ümumilikdə, siyahıya 50 nəfər daxil edilib.



Xəbər xətti