Baş nazirdən mənzillərin hərrac vasitəsilə satışı ilə bağlı - Qərar

09:58 27 Sentyabr 2022

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası”nı təsdiq edib.

“Sitat.info” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin açıq auksion formasında keçirilən hərrac satışı qaydasını müəyyən edir.

 

 



Xəbər xətti