44 günlük müharibədə ölən erməni əsgərlərin valideynləri və yaxınları “Yerablur”da gecələyiblər. Onlar hökumət üzvlərinin bu gün səhər saatlarında “Yerablur”a girməsinin qarşısını almaq üçün dünəndən toplaşıblar.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Hazırda bura bir nəfər də olsun hökumət üzvü gəlməyib”, - məlumatda deyilir.
Qeyd edək ki, ötən dəfə “Yerablur”da Ermənistanın Baş naziri Nikol Paşinyanla savaşda məhv edilən erməni əsgərlərin valideynləri arasında insident yaşanmışdı. Hazırda isə Paşinyan Fransada işgüzar səfərdədir.